Bakıda ruhi əsəb xəstəsi olan qız itkin düşüb

16 Sentyabr 2018 16:47 (UTC+04:00)

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır. (Trend)