Cənubi Afrikada baş verən yol qəzasında 11 nəfər ölüb

17 Sentyabr 2018 20:00 (UTC+04:00)

Cənubi Afrika Respublikasının Limpopo əyalətində ağır yol qəzası baş verib.

"Report" "News24" portalına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında əyalətin Polokvane şəhərində qeydə alınıb. 
Yerli hökumət orqanları qəza nəticəsində 11 nəfərin öldüyünü, 40-a qədər sərnişinin xəsarət aldığını açıqlayıblar. İlkin ehtimallara görə, qəzaya təkər partlaması səbəb ola bilər.
Məlumata görə, avtobus Zambiyadan Qautenqə doğru hərəkət edirmiş.