Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

18 Sentyabr 2018 12:02 (UTC+04:00)

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 209,6 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 32,0 dəfə artıb, maşın və avadanlıqların istehsalı 16,0 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 61,7 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 977 ədəd traktor, 311 ədəd minik avtomobili istehsal olunub.