Rus təyyarəsinin vurulmasına İsraildən – Reaksiya

18 Sentyabr 2018 17:41 (UTC+04:00)

İsrail İl-20 təyyarəsinin qəzasına görə məsuliyyəti üzərinə götürməkdən imtina edib.

Movqe.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi baş verənlərə görə əsas günahkarın Dəməşq, İran və Hizbullah olduğunu bildirib. Nazirlik Rusiyaya baş verən insidentin araşdırılması üçün bütün lazımlı informasiyaları təqdim etməyə hazır olduğunu bildirib.

Təl-Əviv həmçinin Rusiya əsgərlərinin həlak olmasına görə Moskvaya başsağlığı da verib.

Qeyd edək ki, Rusiya havadan müdafiə sistemlərinin açdığı atəşlə Rusiyanın içində 14 hərbçi və pilot olan İl-20 təyyarəsi vurulub. Rusiya olaya görə İsraili ittiham edib.