"Apple" yeni iOS 12 əməliyyat sistemini təqdim edib

18 Sentyabr 2018 21:30 (UTC+04:00)

 "Apple" şirkəti mobil cihazları üçün yeni iOS 12 əməliyyat sistemi hazırlayıb.

“Report”un verdiyi xəbərə görə, yeni sistem "iPhone5"dən və "iPad Air"dən başlayan seriya cihazlarına, həmçinin 6-cı nəsil "iPod Touch" cihazlarına yükləmək üçün yararlıdır.
Bununla yanaşı, yeni sistem əlavələrin, klaviaturanın və kameraların məhsuldarlığını artırır, yeni "Shortcuts" funksiyasını təqdim edir. "FaceTime" kollektiv zənglərinə 32-yə qədər iştirakçı cəlb edilə bilər.