KXDR və Cənubi Koreya hərbi sahədə razılaşma imzalayıblar

19 Sentyabr 2018 10:14 (UTC+04:00)

KXDR və Cənubi Koreya Pxenyan sammitinin nəticələrinə əsasən hərbi sahədə razılaşma imzalayıblar.  

Bu barədə "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir.
Sənədi Cənubi Koreyanın müdafiə naziri Son Yon Mu və KXDR-in xalq silahlı qüvvələrinin naziri No Qvan Çxol dövlət başçılarının - Mun Çje İnin və Kim Çen Inın iştirakı ilə imzalayıblar.