Türkiyə vətəndaşlığı almaq üçün investisiya limiti azaldılıb

19 Sentyabr 2018 10:51 (UTC+04:00)

Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb. 

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, əgər indiyə qədər Türkiyədə 1 mln. ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, hazırda sözügedən məbləğ 250 min dollardır. 
Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 2 mln. dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 mln. dollardan 500 min dollara endirilib.