Oman parlamentinin sədri Azərbaycana gələcək

19 Sentyabr 2018 12:14 (UTC+04:00)

Oman parlamentinin sədri Yəhya bin Mahfuz əl Mənzəri Azərbaycana səfərə gələcək.

"Report" Oman mətbuatına istinadən xəbər verir ki, o, Bakıda sentyabrın 21-də Milli Məclisin 100-illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Bildirilir ki, Mənzəri Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.