Ekspert: "ABŞ ilə Çinin ticarət qarşıdurması digər ölkələrə sərf edir"

19 Sentyabr 2018 17:39 (UTC+04:00)

"ABŞ ilə Çin qarşılıqlı ticarat müharibəsi apararkən öz bazarlarını digər ölkələrə açmış olur. Bu da həmin ölkələrə ancaq qazanc gətirə bilər".

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
“Məsələn, Çin ABŞ istehsalı olan donuz ətinə rüsum tətbiq etdikdə, eyni məhsulun üçüncü ölkədən olan istehsalçısı Çin bazarında qərarlaşa bilər”, - S.Markov vurğulayıb.