NATO Baş katibinin müavini: "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq"

20 Sentyabr 2018 10:26 (UTC+04:00)

 "NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz ölkələrin ərazi bütövlüyü məsələsi üzrə BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edirik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan NATO Baş katibinin müavini Rouz Hotemüller deyib.
"Biz həmçinin bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəsülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik", - o bildirib.