Ələt-Astara -İranla dövlət sərhədi avtomobil yolunda sürət həddi 120 km/saat müəyyən edilib

20 Sentyabr 2018 10:35 (UTC+04:00)

Sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Ələt-Astara -İranla dövlət sərhədi avtomobil yolunda sürət həddinin maksimal həddi 120 km/saat müəyyən edilib. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.