Cəlalabadda güclü PARTLAYIŞ - Ölənlər var

20 Sentyabr 2018 10:54 (UTC+04:00)

Əfqanıstanın şimalında güclü partlayış baş verib.

Trend-in məlumatına görə, insident Nanqarxar rayonunda Cəlalabad şəhərində qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində azı 4 nəfər ölüb. Partlayışın miqyası güclü olduğu üçün ölü və yaralı sayının artacağı istisna olunmur.

Partlayışn necə baş verməsinin detalları hələ açıqlanmayıb. Hadisə yerinə pois və təcili tibbi yardım cəlb edilib.