Keyfiyyətsiz serial çəkən telekanallara pul ayrılmayacaq
17 Aprel 2013 17:18 (UTC+04:00)
"Serialların çəkilişi ilə bağlı bu dəfə keyfiyyət əsas götürüləcək.
Ola bilər ki, ötən dəfə büdcədən ayrılan vəsait hesabına serial
çəkən telekanallara bu dəfə pul ayrılmasın".
Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio
Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. T.
Məmmədovun sözlərinə görə,bu dəfə keyfiyyətçə aşağı serial çəkən
telekanallar prodakşınlarla da əvəzlənə bilər: "Keyfiyyətcə aşağı
serial çəkən telekanallara ola bilər ki, bu dəfə serial çəkilişi
üçün pul ayrılmasın. Həmin pul daha keyfiyyətli serial çəkməyi
bacaran prodakşınlara verilsin. Telekanallar bilməlidirlər ki, bu
dəfə büdcədən serial çəkilişləri üçün pul ayrılarkən keyfiyyət
məsələsi əsas götürüləcək".