Titanik yenə üzəcək

1 May 2012 11:44 (UTC+04:00)

Mövqe.az BBC-yə istinadən bildirir ki, Avstraliyalı mədən şirkəti milyarderi  Klive Palmer, Titanikin 21-ci əsr versiyasını yaratmaq üçün çinli bir şirkətlə razılaşıb.

Avstraliya mediasına verdiyi məlumatda Palmer, gəminin inşasına 2013-cü ilin  sonlarında başlanacağını və 2016-cı ildə ilk səfərinə çıxacağını bildirib.

Gəminin dizayn və xüsusiyyətləri baxımdan mümkün olduqca original Titanikə bənzədilməsi, lakin müasir texnologiya ilə təchiz edilməsi planlaşdırılır.

Palmer, Çinin dövlət mülkiyyətindəki gəmiçilik şirkəti olan "CSC Jinling Shipyard" ilə bu mövzuda  razılaşma imzaladığını söyləyib.

Verilən məlumatda, "Hər istiqaməti ilə original Titanik qədər lüks, amma 21-ci əsr texnologiyası və ən son navigasiya və təhlükəsizlik sistemi ilə təchiz edilmiş bir gəmi olacaq" deyilib.

Xatırladaq ki, Keçdiyimiz günlərdə Titanikin batışının yüzüncü ildönümü görə anma mərasimləri təşkil edilib.

Dövrünün ən böyük lüks gəmisi olan Titanik İngiltərənin "Southampton" limanından New Yorka doğru çıxdığı ilk səfərində aysberqə çarparaq batıb.

15 aprel 1912-ci ildə baş verən  bu hadisədə 1500 adam həyatını itirib.


Ziba Yusifova  

Movqe.az