Binəli Yıldırım Bakıya gəlir

20 Sentyabr 2018 13:45 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın bu gün Azərbaycana səfəri başlayır.

 B.Yıldırımın sentyabrın 21-də keçiriləcək və Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, artıq ATƏT PA-nın sədri, həmçinin, Bolqarıstanın, Omanın, Küveytin, Cibutinin, Bosniya-Herseqovinanın, Səudiyyə Ərəbistanının, Qırğız Respublikasının spikerləri Bakıdadır.