Türkiyə yeni iqtisadi proqramını açıqlayıb

20 Sentyabr 2018 14:39 (UTC+04:00)

Türkiyə hökuməti ölkənin yeni iqtisadi proqramını açıqlayıb. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqramın detalları barədə xəzinə və maliyyə naziri Berat Albayrak məlumat verib. 
Onun sözlərinə görə, 3 illik proqramda Türkiyə üzrə iqtisadi artım proqnozu azaldılıb, inflyasiya proqnozu isə artırılıb. 
Belə ki, iqtisadi artım proqnozu 2018-ci il üçün 5,5%-dən 3,8%-ə, 2019-cu il üçün 5,5%-dən 2,3%-ə 2020-ci il üçün 5,5%-dən 3,5%-ə endirilib. 
İnflyasiya proqnozu isə 2018-ci il üçün 7%-dən 20,8%-ə, 2019-cu il üçün 6%-dən 15,9%-ə 2020-ci il üçün isə 5%-dən 9,8%-ə yüksəldilib.