Kreml Əsədin başsağlığına reaksiya vermədi

20 Sentyabr 2018 19:30 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Suriya Prezidenti Bəşər Əsədin İl-20 insidenti ilə bağlı məktubundan razı qalıb-qalmamasıyla bağlı suala cavab verməkdən imtina edib.

Movqe.az xəbər verir ki, Peskov jurnalistlərə cavabında Əsədin teleqramının yeni əldə etdiklərini bildirib. O həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Əsəd arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Əsəd dünən Vladimir Putinə başsağlığı məktubu göndərib.