Kim Çen Cənubi Koreya liderinə 2 ton göbələk hədiyyə etdi

20 Sentyabr 2018 20:30 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya Prezidenti Mun Çje İnə matsutake delikates göbələkləri hədiyyə edib. Movqe.az xəbər verir ki, bu məlumatı “Renxap” agentliyi yayıb. Agentlik Cənubi Koreya liderinə verilən göbələyin həcminin 2 ton olduğunu bildirib. Kim Çenin hədiyyəsi Cənubi Koreyaya Mun Çjenin Pxenyanda olduğu zaman göndərilib.

İddialara görə, Cənubi Koreya lideri Şimali Koreya liderinin hədiyyəsinin bölüşdürülməsi barədə qərar verib. Göbələklər Şimali Koreyadakı qohumlarına qovuşa bilməyən fərqli Koreya ailələrinə hədiyyə edilib.