Ermənistanın keçmiş nazirinin Parisdə milyonlarla avro dəyərində mülkü var

20 Sentyabr 2018 21:00 (UTC+04:00)

Ermənistanın keçmiş maliyyə naziri və keçmiş Dövlət Gəlirləri Komitəsi sədri Gagiq Xaçatryanın ailəsi Parisdə milyonlarla avro məbləğində daşınmaz əmlakın, o cümlədən Eyfel qülləsi yaxınlığında 2,6 milyon avroluq mənzilin sahibidir.

“Report”un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, hələ 2011-ci ildə həmin ailə təsis etdikləri daşınmaz əmlak alış-verişi şirkəti vasitəsilə paytaxtın elit yeri sayılan Yeddinci dairəsində bahalı mənzil alıb.