Peruda Hitler adlı şəxs mer vəzifəsinə namizədliyini irəli sürüb

21 Sentyabr 2018 10:37 (UTC+04:00)

Peruda Hitler Alba Sançes adlı şəxs ölkənin qərbində yerləşən Ankaş departamentində Yunqar yaşayış məntəqəsi postuna namizədliyini irəli sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli RPP radiostansiyası məlumat yayıb.
Onun həmyerlisi Lenin Vladimir Rodriqes Valverde isə seçki orqanlarına siyasətçini bu vəzifəyə namizədlik hüququndan imtina edilməsi tələbi ilə müraciət edib.
Alba Sançes "Biz – Peruyuq" sağçı partiyasını təmsil edir. Namizədin fikrincə, onun siyasi rəqibləri Rodriqes Valverdedən bu vəzifəyə digər namizədin qalib gəlməsi üçün istifadə edirlər. "Mən yaxşı Hitlerəm", - deyə namizəd iddia edib. O, vətəndaş Rodriqes Valverde ilə tanış olmadığını bildirib.