Britaniya Rusiyaya qarşı “hücum ordusu” qurur

21 Sentyabr 2018 22:30 (UTC+04:00)

Britaniya Rusiya ilə mübarizə üçün kiberdəstələr yaradacaq.Movqe.az xəbər verir ki, “Skay Nyus” televiziyası yeni bölmənin Müdafiə Nazirliyi və Hökumət Əlaqələri Mərkəzinin rəhbərliyi altında yaradılacağını bildirib. Yeni dəstədə təxminən 2000-ə yaxın mütəxəssisin yer alması nəzərdə tutulub.

Layihənin reallaşdırılması üçün 250 milyon funt xərclənəcək.

Kiberdəstələrin daha çox hücum xarakterli əməliyyatlarda iştirak edəcəyi iddia edilir.