ABŞ-dan xəbərdarlıq: Bu ölkəyə təzyiqi artıracağıq

22 Sentyabr 2018 21:30 (UTC+04:00)

Vaşinqton yaxın zamanlar Venesuela rəhbərliyinə qarşı tədbir görəcək.

Movqe.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Yaxın günlərdə siz Venesuela rəhbərliyindəki şəxslərlə bağlı təzyiqlərin artırılmasının şahidi olacaqsınız. Biz Venesuela xalqının öz fikrini söyləməsini zəmanət altına almaq istəyirik”, – deyə o bildirib.