Son günlər yağan yağışlar nəticəsində sürüşmə zonalarında ciddi aktivləşmə qeydə alınmayıb

18 Aprel 2013 12:03 (UTC+04:00)
Son günlər ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti sürüşmə zonalarına hər hansı mənfi təsir göstərməyib. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralovməlumat verib. O bildirib ki, ölkə ərazisində yağışlar yeni başlayıb və hələlik sürüşmə zonalarında ciddi hal aşkarlanmayıb: "Mövcud vəziyyətlə əlaqədar olaraq nazirlik tərəfindən sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər nəticəsində də həmin ərazilərdə aktivləşmə qeydə alınmayıb".