Zirə-də qol sevinci yaşayan ilk fransalı

24 Sentyabr 2018 12:23 (UTC+04:00)

Movqe.az-ın goal.az-a istinadən yaydığı xəbərə görə, o, Topaz Premyer Liqasının V turunun “Neftçi” ilə görüşündə (1:2) fərqlənib. Mavi-qırmızı formada keçirdiyi 3-cü qarşılaşmada ilk qolunu vuran fransalı yarımmüdafiəçi klub tarixinə bunu bacaran 48-ci futbolçu kimi düşüb. Dilan “Zirə”də qol sevinci yaşayan ilk fransalıdır. Yarımmüdafiəçi Premyer Liqada rəqib qapısına yol tapan 27-ci futbolçudur. Duventru “Zirə”də ümumilikdə qol vuran 17-ci, buna Premyer Liqada nail olan 13-cü legionerdir.