BNA-dan sosial xarakterli VİDEOÇARX - "Əngəl olmadığın müddətdə əngəlli deyiləm!"

24 Sentyabr 2018 12:35 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) növbəti sosial xarakterli videoçarx hazırlayıb.

BNA-dan Movqe.az-a verilən məlumata görə, videoçarx "Əngəl olmadığın müddətdə əngəlli deyiləm!" adlanır.

Məqsəd, avtomobilini səkilərdə qeyri-qanuni park edərək piyadaların, xüsusən də fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.