Arsenal-ın müdafiəçisi zədələndi

24 Sentyabr 2018 13:57 (UTC+04:00)

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Arsenal-ın futbolçusu Sokratis Papastatopulos zədələnib.
 
Movqe.az-ın goal.az-a istinadən yaydığı xəbərə görə, o, İngiltərə Premyer Liqasının 6-cı turunda Everton-a qarşı matçın (2:0) 39-cu dəqiqəsində dizindən zədə alıb və məcburi əvəzlənib. 30 yaşlı müdafiəçinin zədəsinin ciddi olub-olmadığı bu gün tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, Qarabağ Avroliqada növbəti oyununu oktyabrın 4-ü evdə Arsenal-a qarşı keçirəcək.