Bolqarıstanın müdafiə naziri Azərbaycana gələcək

24 Sentyabr 2018 16:54 (UTC+04:00)

Bu gün Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov Azərbaycana səfərə gəlir.

Movqe.az Bolqarıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Baş Nazirinin birinci müavini Yaqub Eyyubovla görüşləri gözlənilir.

Həmçinin bolqarıstanlı nazir Bakıda “ADEX-2018” III Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə baş çəkəcək.

report