Röya Türkiyədə keçirilən hansı yarışmaya qatılacaq?

18 Aprel 2013 12:19 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, sənətçinin "Göndər" klipi "Pal Fm" tərəfindən keçirilən ilin ən yaxşıları siyahısına düşüb. Qalib olacağı təqdirdə sənətçi "Pal Fm musiqi ödülü"nə layiq görüləcək. Müsabiqənin qala gecəsi mayın 7-də "İstanbul Edition Otel və Billionare Club"da baş tutacaq. Xatırladaq ki, "Pal Fm"in sahibi Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovdur.