Cəlilabadda kişi faciəvi şəkildə öldü

26 Sentyabr 2018 11:47 (UTC+04:00)

Cəlilabad şəhərində yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 70 yaşlı Bahadur Qurbanov öz evinin çardağında iş görən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan B.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.