Simeone: “Hakimlər səhv edə bilər, lakin..."

1 Oktyabr 2018 12:13 (UTC+04:00)

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeonenin La Liqanın 7-ci turunda Real-la (1-1) qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis özlərini Real və Barcelona ilə müqayisə etmədiklərini deyib:

“Hakimlər səhv edə bilər, lakin bəzi epizodlara təkrar baxmalıdırlar. Bu haqda çox şey demək istəmirəm. Real-la oyunlar gərgin keçir. İkinci hissədə üstün tərəf onlar idi. Bərabərlik ədalətli nəticə oldu deyə, düşünürəm. Özümüzü Real və Barcelona ilə müqayisə etmirik. Atletico tarixinin ən yaxşı mövsümünü keçirmək istəyirik”.