Azərbaycan yüksək texnologiyalar bazarında regionun lideridir

2 Oktyabr 2018 09:30 (UTC+04:00)

Sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın “Azerspace-2” telekommunikasiya orbitə buraxılıb. “Azerkosmos” ASC-nin məlumatına görə, peyk orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi ilə göndərilib. “Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşməklə Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. 

Yeni peyk 190 milyon dollara başa gəlib. Peykin istismar müddəti 20 ildir və o, Azərbaycan iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək. Hələ “Azerspace-2” buraxılmazdan əvvəl onun tutumunun 46%-ni aparıcı beynəlxalq peyk xidmətləri şirkəti olan “İntelsat” əldə edib. Müqavilə şərtlərinə əsasən, bu müqavilə üzrə ödənişlər layihənin həyata keçirilməsi xərclərinin 60%-nin qaytarılmasını təmin edəcək. Bu, Azərbaycanın orbitə buraxılan üçüncü peykdir.
2013-cü il fevralın 9-da Kuru kosmodromundan "Azerspace-1" peyki buraxılıb. Onun hazırlanması və buraxılması xərcləri 233 mln. dollar təşkil edib. Bundan sonra, Airbus Defece and Space ASC şirkəti ilə razılaşmaya əsasən 2014-cü ilin iyununda orbitə çıxarılmış "Azersky" peyki "Azerkosmos"a təhvil verilib.
“Azerspace-2” peykinin sentyabrın 26-da Kuru kosmodromundan orbitə buraxılması ilə bağlı Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində deyilir ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: “Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir”.
Dövlət başçısı “Azerspace 2” peykinin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edildiyini deyib: “Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azerspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”.
“Azerspace-2” peyki “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir.  “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə bağlı digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır. Bütün bu yeniliklər kosmosun fəthi üzrə yeni proqramların həyata keçirilməsini zəririləşdirir. Çünki, ölkə ərazisi səmadan daim nəzarətdə saxlanılır və baş verən təbii və digər fəaliyyətlər haqda vaxtında bilgi toplanılır. Xüsusilə, müharibə şəraitində yaşayan bir ölkə üçün elmin bu qolunun inkişafə xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın davam etdirdiyi işğalçılıq siyasətinə son qoyması üçün mübarizə aparan Azərbaycan düşmənin hər bir hərəkətini izləmək iqtidadırdadır. 
XXI əsr Azərbaycan üçün həm də kosmos əsrinə çevrilib. Yüksək inkişaf sürətini davam etdirən ölkə üçün kocmik elmlərin inkişafı qaçılmazdır. Bu mənada perspektivdə ölkəmizin alimlərinin yeni kosmik aparatlar və digər qurğularla təchiz edilməsi istisna deyil. 
N.NOVRUZ