Çətin məktəb yolu - FOTOLAR- YENİLƏNİB Chat conversation end

18 Aprel 2013 16:47 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bəzi şagirdlər məktəb yolları hamar olsa belə dərsə getmək istəmirlər. Çinin Janq Jivan qəsəbəsində yaşayan uşaqlarda isə vəziyyət daha fərqlidir. Belə ki, bu qəsəbədə ibtidai məktəb çağında olanlar da daxil bütün şagirdlər məktəbə getmək üçün hər gün metrlərlə yüksəklikdəki nərdivanları enib çıxmaq məcburiyyətində qalır. Hunan əyalətindəki qəsəbədə şagirdlər məktəbə gedərkən, heç bir təhlükəsizlik tədbiri almadan bu nərdivanları istifadə edir. Ana ataların, uşaqlarını ətrafı hündür dağlarla əhatə olunmuş vadidə yerləşən məktəbə bu cür göndərməkdən başqa çarələri yoxdur. Çünki bölgədə möcud olan yeganə məktəbə gedə bilməyin başqa bir yolu yoxdur. Yerli rəsmilər şagirdləri məktəbə çatdırmaq üçün xərclənməsi lazım olan pulun 15 milyon dollar civarı olduğunu açıqlayır. Səlahiyyətlilər bu pullarla yol salmaqdansa 100evdən ibarət qəsəbədə yaşayan hər kəsə bir vertolyot verməyin daha aşağı xərcli olacağını 

bildirir.