ABŞ-dan qlobal miqyaslı işgəncə

18 Aprel 2013 18:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da tərəfsiz bir qrupun etdiyi əhatəli bir araşdırma, 11 Sentyabr 2001 hadisələrindən sonra ABŞ rəsmilərinin keçmiş ABŞ Başçısı Corc V. Buş və ən yaxın kadrların məlumatı daxilində terror şüphəlilərinə işgəncə etdiyi qənaətinə gəlib. Keçən gün nümayiş olunan 577 səhifəlik hesabat, İraq, Əfqanıstan və Guantanamodakı həbsxanalarda məhkumlara qarşı necə davranıldığına yönəlmiş panel, həmçinin bu müddətdə İngiltərə, Kanada, İtaliya, Almaniya, İsveç, Misir, Suriya, Morokko və İordaniyanın da terrorist şübhəlilərə işgəncə edilməsinə vasitəçilik etdiyini ortaya çıxarıb. Hesabata görə ABŞ kəşfiyyat təşkilatı CIA, Polşa, Rumıniya və Litvada gizli həbsxanalar qurub.