Banan qabığının faydaları

18 Aprel 2013 18:51 (UTC+04:00)

Banan qabığının bildiyimizdən daha çox faydası var. Bu faydaları öyrəndikdən sonra qabığını zibilə atmaq istəməyəcəksiniz. Movqe.Az-ın məlumatına görə, banan qabığının içini ağcaqanadın sancdığı yerə sürtdüyünüz zaman qaşıntı və şişkinlik aradan qalxır. Ayaqlardakı qabarların yumşalması üçün, banan qabığının içini qaşıqla götürüb qabarların üstünə qoyun və bağlayın. Bir neçə saat sonra açıb təmiz su ilə yuyun. Diz ağrılarının keçməsinə köməkçi olmaq üçün banan qabığıyla dizləri ovun Bundan əlavə, ən sağlam dondurmanı da banandan hazırlaya bilərsiniz. Bir neçə dənə bananı soyub, parçalara ayırıb, 30 dəqiqəliyinə buzzanaya atın, donmayana yaxın götürün, blendrdan keçirin, istəsəniz süd də əlavə edə bilərsiniz. Sonra sevdiyiniz dad ilə dadlandırın. Məsələn, kakao, vanil, moruq, hər şey əlavə edə bilərsiniz.