Bakıda dəhşətli qəza baş verib

19 Aprel 2013 11:41 (UTC+04:00)

Bakıda bu gün səhər saatlarında ağır yol qəzası baş verib. ANS PRESS-in verdiyi xəbərə görə, hadisə Bakı Dairəvi Yolunda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yanında baş verib. Hadisə nəticəsində 10-dan çox insanın xəsarət aldığı bildirilir. Qəza nəticəsində Polis İdarəsinin divarı uçub, maşınların hissələri parçalanaraq ətrafa səpələnib.


Hadisə nəticəsində 4-5 maşının toqquşduğu bildirilir. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəzada azı 2 nəfər ölüb. Xəsarət alanlar təcili tibbi yardım vasitəsilə xəstəxanalara yerləşdirilib.