İxracatçılar Klubu iş adamlarını “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən yararlanmağa çağırıb

11 Oktyabr 2018 13:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib. 

"Movqe" nazirliyə istinadən xəbər verir ki, iclas çərçivəsində Azərbaycan Qablaşdırma Assosiasiyasının üzvləri ilə görüş təşkil olunub. 
İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanda qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, iş adamlarını öz məhsullarının xarici bazarlarda tanıdılması məqsədi ilə “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən yararlanmağa çağırıb.
O, İxracatçılar Klubu çərçivəsində sahibkarlar üçün yaradılan əlverişli imkanları diqqətə çatdırıb, ixaracatçıları Kluba üzv olmağa dəvət edib.
Sonda “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri, eləcə də İxracatçılar Klubunun fəaliyyəti bardə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.