Türkiyədə prokurorluqda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

11 Oktyabr 2018 14:27 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində kütləvi zəhərlənmə qeydə alınıb. Trend-in məlumatına görə, insident prokurorluq binasında baş verib.

Azı 6 nəfərin zəhərləndiyi ehtimal olunur.

İlkin məlumatlara əsasən, zəhərlənmənin səbəbi qaz sızması olub.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

Binada insanların təxliyəsi aparılır.