“Soyuz MS-10” stansiyasının daşıyıcı raketində qəza baş verib

11 Oktyabr 2018 15:25 (UTC+04:00)

“Soyuz MS-10” beynəlxalq kosmik stansiya yeni heyətlə havaya qalxarkən daşıyıcı raketdə qəza baş verib. “Roskosmos” saytının diktoru bu barədə teletranslyasiya zamanı məlumat verib.

AZƏRTAC xəbər verir ki, “Soyuz MS-10” beynəlxalq kosmik stansiyasında rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq olub. Heyət ballistik enmə rejiminə keçib. Xilasedicilər heyəti axtarmaq üçün qəza yerinə uçublar.