PSY-ın Beyons təqlidi maraqla izlənilib - FOTOLAR

19 Aprel 2013 15:22 (UTC+04:00)

Movqe.Az-ın məlumatına görə, "Gangnam Style" ilə dünyanı yelləyən Cənubi Koreyalı müğənni Psy yeni mahnısının təqdimat konsertlərinə başlayıb. Müğənni, səhnədə geydiyi çimərlik geyimi və şouları ilə diqqət çəkib. Keçən gün yeni mahnısı "Gentleman"i nümayiş edən PSY, məşhur müğənni Beyonsu təqlid etməklə minlərlə adamın gülməsinə səbəb olub. Xatırladaq ki, PSY-dan əvvəl də Castin Timberleyk də dikdaban ayaqqabı və qadın geyimi geyərək eyni mahnını təqlid etmişdi.