Xoşbəxtliklərini dedi-qodulara borcludurlar
19 Aprel 2013 15:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Dəmir adam"
filminin aktyoru Gvnez Paltrou "Coldplay" qrupunun solisti Kris
Martin ilə necə tanış olduqları ilə bağlı müsahibə verib. Paltrou,
bu gün evli və 2 uşaq sahibi olduğu həyat yoldaşı Martin ilə
əlaqələrinin dedi-qodular vasitəsilə başladığını bildirib. ABŞ
qəzetlərindən "Huffington Post" saytında verilən xəbərə görə məşhur
aktrisa Martin ilə birlikdə olduqları dedi-qodularını eşidərək onu
sevib. İngilis qəzeti "The Sun"a "Iron Man 3" təqdimatı üçün
verdiyi reportajda Paltrou, "Bu çox gülməlidir, çünki hələ tanış
olmamışdan vvəl birlikdə olduğumuz barədə söz-söhbətlər ortaya
çıxmış və qəzetlər bunu yazmışdı" deyib. Bu söz-söhbətlərin ardınca
Kris Martin ilə görüşən Paltrou Londondakı başqa bir "Coldplay"
konsertində, Martinin assistenti ona yaxınlaşaraq səhnə arxasına
keçmək istəyərmi deyə soruşmuş və sonra onların münsaibətləri
başlamışdır. 2003-cü ildə evlənən cütlüyün, 8 yaşında Apple adında
bir qızı və 7 yaşında Moses adında bir oğlu var.