İstanbulda yaşayış binası yanır

12 Oktyabr 2018 15:00 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində beşmərtəbəli yaşayış binası yanır.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, Halqalı rayonunda baş verən yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Binadan sakinlərin təxliyəsi aparılır. Xəsarət alanların olmadığı deyilir.

Yanğının səbəbləri barədə məlumat verilməyib.