Fövqəladə hallar naziri sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub (FOTO)

13 Oktyabr 2018 19:44 (UTC+04:00)

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub.

 

Movqe.az-a FHN-dən verilən məlumata əsasən, oktyabrın 13-də nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.​