Sürüşmə ərazisində mayaklar quraşdırlıb-SON VƏZİYYƏT

15 Oktyabr 2018 10:36 (UTC+04:00)

"Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib".

Bunu Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıblar: "Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb".

Nazirlik rəsmisi qeyd edib ki, Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

Zülfiyyə QULUYEVA