Yaponiyada zəlzələ olub

19 Aprel 2013 16:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ meydana gəldiyi bildirilib. Amerika Geoloji Araşdırmalar Mərkəzi (USGS), zəlzələnin Rusiyanın Kuril adası sahillərində, Yaponiyanın Hokkaido adasının 500 kilometr şimal-şərqində meydana gəldiyini bildirib. Zəlzələnin ardınca sunami xəbərdarlığı verilməyib.