Bu gün axşam saatlarında hava necə olacaq?

19 Oktyabr 2018 15:30 (UTC+04:00)

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.