Uşaq kitabına "Anti-İslam" günahlandırması

19 Aprel 2013 19:00 (UTC+04:00)

İsveç kitabxanalarında uşaq klassikləri hissəsində yer alan bir kitab, İslam əleyhdarı olduğu səbəbiylə müzakirələrə səbəb olub. Movqe.Az-ın məlumatına görə, danimarkalı Cekob Martin Strid tərəfindən 2002-ci ildə nəşr olunan "Mustafanın satıcısı" (Mustafas kiosk) adlı kitab qapağında bir bufet uşaqlara şəkər, şokolad satan Mustafa adlı bir müsəlman, masasında qılıncı ilə uşaqları qarşılayır. Hekayənin məzmununda isə Mustafa adlı bir padşahın qılıncla insanların kəlləsini uçurduğu izah edilir. Yazıçı Strid, kitabın uşaqların şüuraltına, "Müsəlmanların kəllə uçuran insanlar kimi yerləşdirildiyi istiqamətindəki tənqidləri rədd edib. Kitabı çap edən nəşriyyat isə illər sonra ilk dəfə belə bir təzyiqlə qarşılaşdıqlarını, məqsədlərinin qətiliklə İslam dünyasını pisləmək olmadığını qeyd edib.