Bakıdan Lvova birbaşa uçuşlar başlayır

19 Aprel 2013 19:16 (UTC+04:00)
Mövqe.az-in məlumatına görə, iyunun 16-dan sentyabrın 15-dək "Azərbaycan Hava Yolları" QSC Bakı-Lvov/Lvov-Bakı istiqamətində birbaşa uçuşları yerinə yetirəcək. Uçuşlar komfortlu Airbus A-319 və Airbus A-320 ilə həftədə iki dəfə - hər cümə axşamı və bazar günü həyata keçiriləcək (uçuş qrafiki: Bakı 08.30 Lvov 09.55/11.10 Bakı 16.20 (yerli vaxtla). Uçuş 3 saat 30 dəqiqə davam edir.