Bakıda tozlu havanın SƏBƏBİ açıqlandı

25 Oktyabr 2018 11:48 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında 25 oktyabr 2018-ci il tarixində səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.