Diabet Liqası diabetli uşaqlarla bağlı yeni layihəyə başladı

27 Oktyabr 2018 12:46 (UTC+04:00)

Oktyabrın 27-də Yasamal rayonu Heydər Əliyev Mərkəzində “Diabet nəzarətdə, uğur irəlidə!” adlı layihənin ilk mərhələsi baş tutub.

Müsabiqən öncə Azərbaycan Diabet Liqası nümayəndələri  və müsabiqə iştirakçıları ulu öndərimiz Heydər Əliyevin abidəsi qarşısına gül çələngi və çiçəklər qoyub. Sonra uşaqlar Heydər  Əliyev muzeyi ilə tanış olublar.

Bu barədə Movqe.az-a Azərbaycan Dibaet Liqasının  sədri Yeganə Sultanova məlumat verib. 

Təşkilat sədri bildirib ki, məqsədimiz  uşaqların öz xəstəliklərini idarəetmə qabiliyyətini artırmaqla cəmiyyətə inteqrasiya etdirmək, sağlam, bacarıqlı, vətənpərvər insanlar formalaşdırmaqdır. 

Müsabiqənin 1-ci mərhələsində uşaqlara 15 sualdan ibarət testlər təqdim edilib. Şəffaflıq şəraitində keçirilən bu imtahan tipli mərhələdə uşaqlar diabet haqqında biliklərini nümayiş etdiriblər.