Paytaxtda daha bir yol bağlandı

21 Aprel 2013 12:48 (UTC+04:00)
Heydər Əliyevin doğum günü ilə bağlı keçiriləcək Gül bayramına hazırlıq məqsədilə paytaxtın mərkəzi yolunda avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.Əsədov bildirib ki,Gül bayramına hazırlıq məqsədilə Heydər Əliyev Sarayının qarşısındakı yol -Bülbül  küçəsi ilə Füzuli küçəsinin kəsişməsi qeyri müəyyən vaxtadək bağlanıb. Bakı yol polisi sürücülərə alternativ yollardan istifadə etməyi xahiş edir. Qeyd edək ki, hər il 10 may - Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Gül bayramı qeyd edilir.

şərh yaz